Azərbaycanda daha bir həkim COVID-19-a qurban getdi

ÖLKƏ
09:04 / 12.06.2020
1333

Bu gün açıqlanan son məlumata görə, Azərbaycanda daha 352 nəfərdə koronavirusa yoluxma təsbit olunub. Gün 210 nəfər bu xəstəlikdən sağalaraq evə buraxılıb, 6 nəfər isə vəfat edib

 Azərbaycanda daha bir həkim CODIV-19-dan dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə həkim-endokrinoloq Yeganə Muradova sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

Vəfat edən həkimin travmatoloq-ortoped Mehman Hüseynov olduğu qeyd edilir.

Qeyd edək ki, ötən gün açıqlanan son məlumata görə, Azərbaycanda daha 352 nəfərdə koronavirusa yoluxma təsbit olunub. Gün 210 nəfər bu xəstəlikdən sağalaraq evə buraxılıb, 6 nəfər isə vəfat edib. Hazırda aktiv xəstə satı 3844 nəfərdir.

0
Sputnik.az