“Zara”, “Bershka”, “Pull&Bear” mağazaları bağlana bilər

DÜNYA
11:58 / 12.06.2020
1268

Koronavirus pandemiyası İspaniyanın “İnditex” şirkətinin satışlarının azalmasına səbəb olub. Modern.az xəbər verir ki, “Zara”, “Bershka”, “Pull&Bear” və “Massimo Dutti” kimi dünya brendlərinin sahibi olan şirkət dünyada 1000-1200 mağazasını bağlamağı düşünür.

Bu barədə şirkərin rüblük hesabatında deyilir. “İnditex” şirkəri 2020-2022-ci illərdə mağaza şəbəkəsini hazırkı 7412 mağazadan 6700-6900-a qədər azaltmağı düşünür. Bundan başqa, şirkət onlayn satışlara da üstünlük verməyi düşünür.

Xatırladaq ki, Azərbaycanda da bu brendlərin onlarla mağazası fəaliyyət göstərir.

0
Modern.az