Karantini pozan 3 nəfərə cinayət işi açıldı

ÖLKƏ
12:05 / 12.06.2020
1529

Bakıda epidemiya əleyhinə rejimi pozan şəxslər barəsində cinayət işi başlanılıb.

HİT.Az-ın xəbərinə görə, Bakı şəhər sakinləri Qədirov Samid Tahir oğlu, Babalıyev Əflatun Ağaverdi oğlu və Qəmbərov Tufan Təvəkkül oğlu Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə təqsirli bilinirlər.


Adıçəkilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verilib.

0