Livanda bir televiziya kanalında erməni əsilli aparıcı Neshan Der Harotian, televiziya kanalı yayımı zamanı Türkiyə və türklərin əleyhinə təhqiredici sözlər səsləndirib.
Sonxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu hadisədən sonra livanlılar əllərində türk bayraqları ilə küçəyə çıxaraq Harotiyana və TV kanalına etiraz ediblər.
Sosial mediada bu hadisəyə qarşı çoxsaylı reaksiyalardan sonra TV-nin Beyrutdakı qərargahının qarşısında etiraz aksiyaları keçirilib.
Livanlılar əllərində türk bayraqları ilə Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğana dəstək şüarları səsləndirərərk aparıcının müsəlmanların tarxi üzərində fitnə yaratmaq istədiyini vurğulayıblar.