Dadaşlinski AFFA-nı tənqid etdi, Sadıqova "elçi" göndərdi - VİDEO

İDMAN
13:23 / 12.06.2020
1268

İctimai Televiziyada yayımlanan 3D verilişinin aparıcısı Dadaş Dadaşlinski yenidən futbol mövzusuna toxunub.

Fanat.Az xəbər verir ki, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun Premyer Liqanın 2019/20 mövsümünün ləğv olunacağı ilə bağlı açıqlamasını xatırladan aparıcı buna görə AFFA rəhbərliyini tənqid edib. Koronavirus pandemiyasından ən çox əziyyət çəkən İtaliyada futbolun bərpa olunduğunu, həmçinin Gürcüstan, Ermənistan çempionatlarının davam etdiyini bildirən Dadaş Dadaşlinski AFFA-nın futbola biganəliyindən bəhs edib.

Aparacı daha sonra katibəsi Lyubaya Vaqif Sadıqovu efirə çağırmağı tapşırıb. Lakin Lyuba AFFA-dan dəvət etdikləri qonaqların verilişə gəlmədiyini bildirib. Bundan sonra Dadaş Dadaşlinski Əzizə Vaqif Sadıqovu tapıb gətirməklə bağlı tapşırıq verib.

0