Həftəsonu sərt karantin rejimi xəbərdarlığından sonra insanlara əsasən meyvə tərəvəz almaq üçün böyük bazarlara üz tutublar.
HİT.Az BAKU.TV-yə istinadən xəbər verir ki, piştaxtalar önündə sıxlıq müşahidə olunur. Satıcıların sözlərinə görə, əvvəlki həftələrlə müqayisədə gigiyenik qaydalara riayət edənlər çoxalıb.
Eyni zamanda satıcıların bəziləri meyvələri alıcıya təklif edərkən su ilə yuduqlarını da dedilər.
Alıcıların bəziləri artıq meyvəni dadına baxmadan alır. Bəziləri isə əvvəl necə indi də elə, yəni meyvədə yoluxma riskinin olduğuna inanmırlar.
Qida təhlükəsizliyi mütəxəssisləri yuyulmamış meyvə tərəvəzin dadına baxaraq almağı qəti şəkildə məsləhət görmürlər.
“Birçox vətəndaşlar bu məhsulları təmizləmək məqsədilə sirkəli məhlullarla, bəzi vətəndaşlar isə sodalı məhlullarla, bəzi adamlar da bəzi kimyəvi dezinfeksiya edici məhsullar əlavə edirlər.
Bu yolverilməz haldır. Bu da artıq kiməvi zəhərlənməyə gətirib çıxarır.
Yaxşı olar ki, bu məhsulları istehlak edə biləcəyimiz qədər alaq. 10 dəqiqə civarında ilıq suda saxladıqdan sonra bol bol miqdarda soyuq su ilə yaxalamaq lazımdır. Məhsulları nəm halda saxlamaq yolverilməzdir”, - deyə AQTA-nın şöbə müdiri Cavidan Quliyev bildirib.
Düzdür hələ ki, meyvə-tərəvəzdən koronavirusa yoluxma halı qeydə alınmayıb. Amma yenə də ehtiyatı əldən verməməkdə, qida təhlükəsizliyi qaydalarına əməl etməkdə fayda var.