Rusiyadan narahat olan ABŞ-dan gözlənilməz addım 

DÜNYA
19:27 / 12.06.2020
1131

Ölkədə xarici qüvvələrin yerləşdirilməsi iddiaları əsassızdır və əcnəbi ölkələrin Tunisdə baza yaratmasını qəbul etmirik.

Teleqraf.com xəbər verir ki, bunu Tunisin Müdafiə naziri İmdad əl-Hazki deyib.

Nazir bildirib ki, Tunis torpaqlarının hərbi əməliyyatlar və ya xarici əsgərlər üçün istifadəsi qəbul edilməzdir: “Keçmişdə olduğu kimi bu gün də quru, dəniz və hava sahələrində suverenliyini əlimizdə saxlayırıq. Heç bir xarici gücün ölkəmizdə olmasına izacə vermərik”.

Liviya böhranı haqqında danışan nazir əlavə edib ki, xarici müdaxiləni hər formada rədd edirlər: “Biz, siyasi həllə tərəfdarıq. Liviyada hərbi həll yolunun olmadığını düşünürük”.

Qeyd edək ki, nazir İmdad əl-Hazki mayın 29-da ABŞ-ın Afrikadakı hərbi əməliyyatlarına cavabdeh olan AFRİCOM-un komandanı Stepan Tovnsendlə telefon müzakirəsi aparıb.

Müzakirə zamanı AFRİCOM-un komandanı Rusiyanın Liviyadakı fəaliyyətindən duyduğu narahatlığı diqqətə alaraq, Tunisə “Təhlükəsizlik alayı” yerləşdirə biləcəkləini söyləyib. Bu məsələ isə Tunisdə ciddi müzakirəyə səbəb olub.

0