İyulun 1- dən sonra bazarda məhsulların qiyməti ucuzlaşacaq? - AÇIQLAMA

21:08 / 12.06.2020
1366

Ekspertlər iyulun 1-dən sonra bölgələrlə əlaqə sahəsində karantin məhdudiyyətlərinin aradan qaldırılmasından sonra kiçik istehsalçıların Bakıya meyvə və tərəvəz tədarükünün artacağını, təkliflərin artmasının isə bazarda qiymətlərin aşağı düşməsinə səbəb olacağı bildirir.

Bununla bağlı Sonxeber.az-a iqtisadçı-ekspert Akif Nəsirli danışıb:

"Bazarda qıtlıq qiymətlərin bahalaşmasına gətirib çıxarır. Qiymətlərin bahalaşması az və çox səviyyədə inflyasiyaya təsir edir.

Ölkədə qiymətlərin artması inflyasiyanın artmasına səbəb olur. Ona görə də bu istiqamətdə, yəni bazarda məhsul bolluğuna xidmət edən bütün addımlar ölkədə inflyasiyanın aşağı salınmasına, qiymətlərin sabitləşməsinə, hətta qiymətlərin aşağı düşməsinə təsir edən amillərdir".

Ekspert hazırda, yəni koronavirus pandemiyasına görə də heç bir qadağanın olmamasını bildirərək iyulun birindən etibarən bazarda qiymətlərin aşağı düşəcəyini açıqlayıb:

"Bildirim ki, hazırda da məhsul daşımaq qadağan deyil. Məsələ burasınddır ki, bazarda təlabat da müəyyən dərəcə aşağı düşüb. Bunu uyğunlaşdırmaq üçün sərbəst iqtisadiyyat lazımdır. Hesab edirəm ki, qadağaların əsas hissəsi götürüldükdən sonra, yəni iyul ayının 1- dən sonra bazarda sabitləşmə, qiymətlərin aşağı düşməsi müşahidə olunacaq".

 

0