YPX əməkdaşlarının tərtib etdiyi protokollarla bağlı - Açıqlama

ÖLKƏ
05:43 / 13.06.2020
1807

"Aprelin 13-də cənab Prezident İlham Əliyevin sərəncamı ilə yol polisinə bu səlahiyyətlər verildikdən sonra YPX əməkdaşları tərəfindən protokol üzrə qərar çıxarılmağa başlanılıb".

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev aprelin 13-dən öncə yol polisi əməkdaşları tərəfindən tərtib edilən 18 mindən artıq protokolun ləğv edilib-edilməyəcəyi haqda danışıb:

"Yol polisinə aprelin 13-dək hüquqi olaraq səlahiyyət verilmədən öncə heç bir protokol üzrə qərar çıxarmayıblar. Qərar digər polis orqanlarının səlahiyyətli şəxsləri tərəfindən çıxarılıb".

 

0