24 nəfər süni tənəffüs aparatındadır - Son statistika

ÖLKƏ
08:28 / 13.06.2020
1253

Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.

TƏBİB-dən Hit.Az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 5600 test edildiyi bildirilib.

Məlumata görə, indiyə qədər Azərbaycanda 368 254 test aparılıb.

Xatırladaq ki, bu günə qədər ölkəmizdə 9218 nəfər koronavirusa yoluxub. 113 nəfər ölüb, 5113-ü isə sağalıb. Hazırda 3992 nəfər aktiv xəstə kimi qeydiyyatdadır.

Həmin şəxslərdən 121 nəfərin vəziyyəti ağırdır, 24 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.

 

0
Yenisabah.az