Hindistan sakini əmlakını bir vaxtlar onun həyatını xilas etmiş filə vəsiyyət edib.
“The Indian Times” nəşri xəbər verir ki, qəribə vəsiyyətnamə sahibi, 50 yaşlı Məhəmməd Aktar ölkənin Bihar ştatında yaşayır.
M.Aktar qeyd edib ki, bir neçə il əvvəl Moti adlandırdığı fil onu öldürmək istəyən silahlı şəxsə mane olub.
Sahibi 2,5 hektar torpaq sahəsini məhz Motiyə vəsiyyət edib.
M.Aktarın həyat yoldaşı və övladları ailə başçısının vəsiyyətindən narazı olduqlarını bildiriblər.
Kişi isə Motinin onun üçün hansı dəyərə sahib olduğunu anlamayan yaxınlarına görə təəssüfləndiyini qeyd edib.
Oxu.az