Ermənistanın yol arzusu: Azərbaycanın nəzarəti altındadır

SİYASƏT
14:41 / 13.06.2020
1407

"Ermənistan hər zaman işğal etdikləri torpaqları qanuniləşdirməyə cəhd edir. Amma bir neçə nüfuzlu təşkilatların son zamanlar qəbul etdiyi qərarlar, verdikləri bəyanatlar onu deməyə əsas verir ki, onlar da Qarabağın Ermənistana birləşdirilmsinin əlehinədirlər".

HİT.Az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib. O bildirib ki, Ermənistanın işğalçı siyasətini dəstəkləyənlərin sayı getdikcə azalır:

“Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayması Ermənistan hakimiyyətini işğalçılıq və təxribatçılıq siyasətini açıq şəkildə bəyan edir.

Çünki, Avropa İttifaqı möhtəbər və dünyanın siyasi, iqtisadi cəhətdən inkişaf etmiş qabaqcıl qurumlarından biridir. Bu baxımdan belə bir möhtəbər qurumun növbəti dəfə beynəlxalq hüquqa istinad edərək, Ermənistanı, onun siyasətini pisləməsi ermənilərin olmayan nüfuzuna zərbə vurmuş oldu. Belə bəyanatlar Azərbaycanın əlindəki bonusları daha da artırır. Hər il nüfuzlu təşkilatlar Ermənistanı beynəlxalq hüququ pozmaqda ittiham edib, işğalçılıq siyasətini pisləyirsə, bu, Azərbaycanın danışıqlar prosesində xeyrinə işləyir”.

Poitoloq bildirib ki, Azərbaycan ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb:

“Buna görə də, Ermənistan üçün üçüncü yolun çəkilməsi əhəmiyyətlidir. Amma bu üçüncü yola da nəzarət ordumuz tərəfindən olacaq. Yəni bizim xəbərimiz olmadan düşmən tərəfi heç bir addım ata bilməz. Azərbaycan ordusunun silahlanmada olan atəş vasitələri düşmənin bütün əməliyyat dərinliyindəki hərbi infrastrukturunu məhv etmək imkanına malikdir. Bu baxımdan onların bu yol çəkilişi xeyirlərinə yox, ziyanlarına olacaq”.

0
Redaktor.az