Ruslar yeni növ silah ixtira edib: “Heç bir orduda bu, yoxdur” - Putin

DÜNYA
18:49 / 14.06.2020
1145

Rusiya prezidenti Vladimir Putin ölkənin silah arsenalı ilə bağlı açıqlama verib.

Putin tezliklə Rusiyanın yeni növ silahlara malik olacağını bildirib. Bu, hipersəsli silahları dəf etmək üçün müdafiə kompleksidir.

“Rəqiblərimizdə belə bir silah olacaq. Amma bizdə həmin silahları məhv edəcək kompleks olduğu üçün arxayınıq”-deyə, Putin bildirib.

Prezidentin sözlərinə görə, dünya ölkələrində heç bir ordu bur cür sürətlə hərəkət edən sistemin qarşısını ala bilmir:

“Bizim silahlar unikaldır”.

Ekspertlər hesab edir ki, bu hiper silah qurğusunu amerikanlar da hazırlayır. Lakin rus silah mühəndisləri bu məsələdə daha öndədir.

Aydın
Cebhe.info

0
Cebhe.info