Güləşçimiz finala yüksəldi

İDMAN
17:35 / 14.06.2020
1311

UWW-nin sərbəst güləşçilər arasında keçirdiyi "Fantasy Wrestling" adlı virtual yarışda iştirak edən Hacı Əliyev finala yüksəlib.

Sport7.az xəbər verir ki, idmançımız 1/8 finalda Geno Petriaşvili, 1/4 finalda isə Frank Çamizoya qalib gəlib. Yarımfinalda güləşçimizin rəqibi Cordan Barrouza olub. Səsvermə nəticəsində bu idmançıya da qalib gələn Hacı finala yüksəlməyi bacarıb.

Əliyevin sonuncu rəqibi İranın olimpiya və dünya çempionu Həsən Yazdanidi.

0