Küləkli hava nə vaxta qədər davam edəcək?

ÖLKƏ
19:28 / 13.05.2020
1250

"Küləkli hava şəraiti mayın 14-ü, axşam saatlarına qədər davam edəcək".

Hit.Az xəbər verir ki, bu barədə Redaktor.az-a açıqlamsında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib:

“Hazırda müşahidə olunan mülayim cənub küləyinin axşam saatlarında arabir güclənəcəyi gözlənilir. Ayın 14-ü gündüz saatlarında isə arabir güclənən şimal-qərb küləyi, axaşma doğru nisbətən mülayimləşəcək.

Bölgələrə gəldikdə, Mərkəzi Aran rayonlarında hava dəyişkən buludlu, əsasən yağmursuz, dağlıq ərazilərdə arabir yağış yağacağı ehtimal edilir”.

0
Redaktor.az