QHT rəhbərinin qohumu koronadan vəfat etdi

ÖLKƏ
18:30 / 15.06.2020
1032

İnsan alverina qarşı mübarizə koalisiyasının üzvü Sevda Məmmədovanın əmisinin həyat yoldaşı koronavirusdan dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə S.Məmmədovanın həyat yoldaşı, Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli məlumat verib.

O bildirib ki, hadisə bu gün Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasında baş verib.

“Dəhşətlisi odur ki, ailə üzvlərini karantinə alıblar və sən də çarəsizsən”, - Y.Məmmədli qeyd edib.

0
Axar.az