Hazırda xərçəng xəstəliyindən əziyyət çəkən və İsveçrədə müalicə olunan blogger Mehman Hüseynov barəsində sənədli film hazırlanıb.
Bu barədə blogger özü bildirib. Onun sözlərinə görə, filmi ABŞ-ın rusdilli telekanalı “Nastoyaşee Vremya” hazırlayıb.
“Namizəd” adlı filmdə 2019-cu ildə keçirilən bələdiyyə və 2020-ci ildə baş tutan növbədənkənar parlement seçkilərində baş verənlər əks olunub.
Xatırladaq ki, Mehman Hüseynov hər iki seçkidə namizədliyini irəli sürüb.
Yenisabah.az