Bu ilin ən yaxşı futbolçusu elan olunmayacaq

İDMAN
00:09 / 14.05.2020
1311

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) ilin ən yaxşı oyunçusunu təyin etməyəcək. Buna səbəb koronavirus pandemiyasıdır.

Bu barədə İspaniyanın “Marca” qəzeti xəbər yayıb.

Ənənəvi şounun sentyabrda Milanda (İtaliya) keçiriləcəyi nəzərdə tutulurdu.

Nəşrin yazdığına görə, 2019-cu ildə bu mükafata layiq görülən “Barselona”nın hücumçusu Lionel Messi hələlik bu adı özündə saxlayacaq.

Öz növbəsində, “France Football” illik “Qızıl Top” mükafatı ilə bağlı qərarını açıqlamayıb.

0
Oxu.az