Bakıda koronavirusa ən çox yoluxma hardadır?

ÖLKƏ
13:00 / 16.06.2020
1441

İyunun 13-nə olan məlumata görə, Bakı üzrə koronavirusa yoluxma ən çox Yasamalda qeydə alınıb.

HİT.Az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.

Yasamalda virusa yoluxma 12,7% olub. Xətai rayonunda da yoluxma artaraq 12,2 faizə çatıb.

Ümumilikdə, Binəqədidə 12,1%, Sabunçuda 12%, Nəsimi 10,7%, Suraxanıda 9,6%, Nərimanovda 8,8%, Nizamidə 7,3%, Qaradağda 6,6%, Xəzərdə 4,4%, Səbaildə 3,2 % koronavirusa yoluxma qeydə alınıb. Bakının rayonları üzrə yenə də ən az yoluxma Pirallahı rayonunda olub – 0,3%.

0