Rusiya qorxulu silahının yeni versiyasını hazırlayır - Arktikada yerləşdirəcək

ÖLKƏ
22:14 / 16.06.2020
1150

Rusiya ordusununun “Tor-M2” tipli yaxınmənzilli hava hücumundan müdafiə sisteminin suda üzə bilən versiyası istehsal olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin rəhbəri Aleksandr Leonov danışıb.

“Natsionalnaya Oborona” dərgisinə açıqlama verən Leonov bildirib ki, “Tor-M2”nin təkərli modifikasiyasının əsas xüsusiyyəti üzərək su maneələrini keçə bilməsi olacaq.

Onun sözlərinə görə, Arktika bölgəsində yerləşdirilən hava hücumundan müdafiə sistemləri qoşunları bölgənin şəraitinə uyğun formada hazırlanan “Tor-M2DT” sistemi ilə təchiz olunacaq.

Qeyd edək ki, istənilən hava şəraitində işləyə bilən təyyarə əleyhinə sistem təyyarə, helikopter, radiolokasiyalı raket, təyyarə bombası, Pilotsuz Uçuş Aparatı və digər müasir silahları məhv etmək potensialına sahibdir.

1