İspaniyanın Pulmonologiya və Torakal Cərrahiyyə Cəmiyyətinin (SEPAR) rəhbəri Eusebi Çiner və dietoloq Alexandro Kanovas ağciyərləri koronavirusdan qorumağa yardım edən ərzaqlar barədə məlumat veriblər.
BAKU.WS xəbər verir ki, ispan mütəxəssislər bu barədə "La Vanguardia"ya müsahibə zamanı danışıblar.
Alexandro Kanovas hesab edir ki, yumurta, düyü, mavi balıq və qoz tənəffüs sistemini gücləndirməyə kömək edir.
Eusebi Çinerin sözlərinə görə, ağciyərin vəziyyəti pisləşdikdə bədənin zülala ehtiyacı artır. Xüsusilə yumurtalarda A vitamini kimi yağda həll olunan vitaminlər, eləcə də yüksək keyfiyyətli zülallar var.
Bundan əlavə, pomidor, bütün süd məhsulları və içməli su ağciyərə müsbət təsir göstərir. Xüsusilə, pomidor antioksidan olaraq tənəffüs problemlərinin qarşısını almağa kömək edən C vitamininin mənbəyi hesab olunur.
Sağlam həyat tərzinə əməl olunsa, virus səbəbilə ağciyərin zədələnməsinin əksər hallarının nəticələri minimuma endirilə bilər. Düzgün bəslənmədən əlavə, yuxu rejiminə riayət etməli və fiziki fəaliyyət göstərmək lazımdır.