Azərbaycanda koronavirusa yoluxan həkim uşaq dünyaya gətirdi

ÖLKƏ
15:17 / 16.06.2020
1458

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında daha bir həkim koronavirusa yoluxub.

HİT.Az news24.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü onkoloq İndira Səfərova COVİD-19 daşıyıcısı olaraq hamiləliyinin 37-ci həftəsində uşaq dünyaya gətirib, ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpə tam sağlamdır. Onkoloqun vəziyyəti artıq yaxşılaşıb.

0