“Yeni dərs ilində uşaqlar adaptasiya problemi yaşaya bilər” - Psixoloq

ÖLKƏ
22:29 / 16.06.2020
1056

“Yeni dərs ilində uşaqlar adaptasiya problemi yaşaya bilər. Uşaqların uzun müddət dərsdən kənarda qalmasının onların adaptasiyasına mənfi təsir göstərməsi istisna olunmur”.

HİT.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Psixoloq bildirib ki, canlı ünsiyyətdə uşaqların istənilən hərəkətini, onların nəyi mənimsəyib-mənimsəmədiyini anlamaq olur. Ona görə də şagirdələrin dərsdən uzaq düşməsi müəllimlərin çiynində yaranan ağır bir yük olub: “Məlumdur ki, şagirddə mənimsəmə prosesi və özünə nəzarət təşəkkül tapır. Bu, qaçılmaz faktdır. Psixoloji ədəbiyyatda da hətta nəzarətin iki formasını fərqləndirirlər. Birinci yerinə yetirilmiş işlərin hazır nəticələrinin təhlili əsasında həyata keçirilən nəzarətdir. İkinci isə ehtimal olunan, yəni ancaq əqli planda icra edilmiş işlərin nəticəsi əsasında həyata keçirilən nəzarətdir. Hər iki nəzarət forması müəllimin rəhbərliyi əsasında həyata keçirilir. İkinci nəzarət formasının icrası zamanı müəllim artıq çalışmalıdır ki, uşaqlarda hərəkətin və onun gözləniləbilən nəticələrinin birbaşa təsəvvürlərini canlandırma bacarığını yarada bilsin. Çünki şagirdlərin təlim fəaliyyətinin uğurlu alınması üçün qiymətləndirmə belə təlim strukturunda mühim kompenentdir. Burada artıq müəllim ikiqat olaraq canını qoymağa başlayır. Canlı ünsiyyətdə şagirdlərin istənilən hərəkətini anlamaq olur. Bu baxımdan uşaqların dərsdən uzaq düşməsi birinci olaraq müəllimlərin çiynində yaranan ağır bir yük oldu. Çünki biz belə dərs keçməmişik, birdən-birə sanki gələcəyə tullandıq”.

Aytən Ələkbərova qeyd edib ki, koronavirus dövründə müəllimlər özləri onlayn sistemə uyğunlaşmamış onun icrasına və şagirdləri müntəzəm olaraq təlim şəraitinə cəlb etməyə başlayıblar: “Uşaqlarla birlikdə müvafiq işlər gördülər, həmçinin qiymətləndirməni apara bildilər. Şagirdlər isə bunun müqabilində təlim şəraitinin mənasını dərk etdilər, təlim fəaliyyətində bütün ünsürləri ardıcıl yerinə yetirməyə davam etdilər. Çünki müəllim artıq təlim fəaliyyətinin bütün səviyyələrdə hərəkət etməsini təmin etdi. Əbəs yerə deyilməyib ki, dünyada 240 mindən artıq peşə var, bu peşələrin başında müəllim durur. Çünki bütün peşələrin öz müəllimi olduqda istənilən gözəl nəticə əldə olunur. Lakin qeyd edim ki, bu proseslərdə birdən-birə yaranan çətinlik müəllimlərin çiyninə düşdüyü kimi, yeni dərs ilində yenidən adaptasiya da müəllimlərin çiynində bir yük olacaq. Mən bugün müəllimlərimizi də həkimlərlə bərabər qəhraman adlandırıram”.

Həmsöhbətimiz həmçini onlayn tədrisin valideynlərə faydasından da söz açıb: “Onlayn sistemdə yaşı böyük olanların bir çoxu tənbəlliklə, hər cür bəhanələrlə özlərini kənara çəkə bilirdilər. Amma kiçik yaşlı uşaqlarda valideyn nəzarəti olduğuna görə belə hallar yaşanmırdı və hətta valideyn özü də maariflənirdi. Çünki müəllim onlayn dərs keçəndə valideyn də o dərsə qulaq asırdı. Beləliklə, o, öz cibinə də qənaət edirdi. Belə ki, dərsi dinləyərək övladlarından nəyi soruşmalı olduqlarını bilirdilər və müəllimin dediklərini təkrar soruşma şansları olurdu, yəni beləliklə, uşağın əlavə hazırlığa getməyinə ehtiyac qalmadı. Bu təkrarın nəticəsində əməyə düzgün münasibət bəsləndi”.

Sayad Həsənli

0