TƏBİB Bəhram Bağırzadə ilə bağlı yayılan videoya aydınlıq gətirdi

ÖLKƏ
18:36 / 16.06.2020
1276

"Son günlər sosial şəbəkələrdə guya Əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən videomaterialda hal-hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb.

B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir".

Bu barədə TƏBİB-dən daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır.

 

0
Yenisabah.az