Azərbaycanda koronavirusdan 4 nəfər də öldü - BU GÜNÜN STATİSTİKASI

ÖLKƏ
18:38 / 16.06.2020
1599

Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə HİT.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 10 min 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib, 4463 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 5052 koronavirus testi aparılıb.

Hazırkı dövrədək ölkəmizdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 386 min 898 test aparılıb.

0