Avropa Kosmos Agentliyinin (ESA) “Trace” qaz peyki Marsın atmosferində zümrüd yaşılı bir parıltının yayıldığını təsbit edib.
Space.com xəbər verir ki, peykin tapıntısını qeydə alan Belçikanın “Liege” universitetinin astronomu Jan-Klod Jerar (Jean-Claude Gerard) bildirib ki, dünyanın qaranlıqda qalan qismində atmosferdə görünən, oksigen atomlarının müəyyən bir işıq dalğası boyu yayılmasından qaynaqlandığı heab edilən yaşıl işıq Yer kürəsindən başqa yerdə ilk dəfə müşahidə edilir.
Alim deyib: “Yaşıl işıq yayılması oksigen molekullarının xarakterik xüsusiyyətidir. "Şimal işıqları" adlanan aroralar Günəşdən yayılan elektrik yüklü zərrəciklərinin atmosferin üst seqmentlərindəki molekullarla çarpması nəticəsində meydana gəlir. Hesab edirik ki, bu, Marsdakı işıq planetin atmosferinin 95 faizini əmələ gətirən karbon 4 oksid qazlarının atmosferin üst seqmentlərində parçalanması, karbonmonoksit və oksigenə ayrılması nəticəsində yaranır.”