Koronavirusdan dünyasını dəyişən həkimlərimiz (FOTO)

ÖLKƏ
10:28 / 17.06.2020
1473

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır.

Mərhum Prezident Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Zaman-zaman onların bəzilərinin fəaliyytinən narazılıq olsa da, pandemiya dövründə işini səbrlə, vicdanla yerinə yetirən, canı bahasına xəstələrin sağalmasına çalışan həkimlərimizin haqqına girmək günah olar.

Modern.az koronavirus infeksiyası ilə mübarizədə həyatını itirən həkimlərimizi bir daha xatırladır:

Tibb işçiləri arasında vəfat edənlərdən ilki Bakıda təcili yardım stansiyasının həkimi Zakir Xəlilovdur.

Daha sonra “COVID-19”a yoluxmuş daha bir tibb işçisi Cəmşid Abbasovun da həyatını xilas etmək mümkün olmayıb.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahı Sürət Abbasov da virusla mübarizədə həyatını itirib.

Bir neçə gün əvvəl 1970-ci il təvəllüdlü Gəncədə çalışan travmatoloq Mehman Hüseynov Bakıda müalicə aldığı xüsusi xəstəxanda ölüb.

Tanınmış həkim-onkoloq Fikrət Namazov da virusa yoluxaraq dünyasını dəyişib.

Türkiyədə isə özəl xəstəxanada çalışan həmyerlimiz, həkim Tahir Bababəyli koronavirusdan ölüb.

2