Azərbaycanlı iş adamları Minskdə biznes mərkəzi inşa etdirirlər

İQTİSADİYYAT
11:06 / 17.06.2020
1508

Azərbaycanlı sahibkarlar Vasif İsmayılov və Aqibət Məmmədov Belarusun paytaxtı Minskin mərkəzində keçmiş Çerven bazarının qarşısında biznes mərkəzi inşa etdirirlər.

"Report" "TUT.by" portalına istinadən xəbər verir ki, tikinti işlərinə 2016-cı ilin sonlarında başlanılıb.

Layihə memar Boris Şkolnikovun studiyası tərəfindən hazırlanıb. Mayakovski və Aranskya küçələrinin kəsişməsində yerləşən 7 mərtəbəli inzibati bina təxminən 7,5 min kvadratmetr sahəni tutacaq. Burada ofislər, ictimai obyektlər, əməkdaşlar və qonaqlar üçün yeraltı avtomobil parkı yerləşəcək. 

Qeyd edəkl ki, V.İsmayılovun tikinti şirkəti 2013-cü ildə Belarusun Azərbaycandakı yeni səfirliyini inşa edib. A.Məmmədovun şirkəti isə Azərbaycanda körpülər və su kəmərləri inşa etməklə tanınır.

0