Həbs edilən nazir müavini kimin kadrıdır?

ÖLKƏ
16:29 / 13.05.2020
5693

Sosial şəbəkələrdə Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də keçirdiyi əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun kimin kadrı olması ilə bağlı müxtəlif tipli müzakirələr açılır.

"BakuPost"un əldə etdiyi məlumata görə, hər iki şəxs mədəniyyət naziri Əbülfəs Qarayevin yaxın kadrları olub. Müavin Rafiq Bayramov 17 il Ə.Qarayevin köməkçisi vəzifəsində çalışıb. Xidmət rəisi Zakir Sultanov da uzun illər imiş ki, nazirin ən sevdiyi kadrlardan imiş.

Hər iki şəxs vəzifələrindən süi-istifadə etməkdə, küllü miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirili bilinirlər. Məhkəmə barələrində 4 aylıq həbs qərarı verib.

0