Koronavirusun dərmanı tapılıb? - Baş infeksionist açıqladı

ÖLKƏ
13:30 / 17.06.2020
1603

Aylardır koronavirus adlı bəla bütün dünyanı cənginə alıb. Bu virusun qarşısının alınması məqsədi ilə müxtəlif araşdırmalar aparılır, vaksin və dərmanlar hazırlanır. Lakin görünən odur ki, hələlik heç bir ölkə buna nail ola bilməyib.

Bir neçə gün əvvəl Türkiyə virusa qarşı dərman hazırladığını və sınaqdan keçirildiyini açıqlayıb.

Bəs, bu dərman virusun qarşısını ala biləcəkmi? Ümumiyyətlə, belə bir dərman hazırlamaq mümkündürmü?

HİT.Az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən baş infeksionist Cəlal İsayev bildirib ki, bir çox ölkələr dərman tapdıqlarını iddia etsə də, hələlik heç bir nəticə yoxdur:

“Bir neçə ölkə koronavirusa qarşı dərman tapdığını deyir, lakin sonradan bəlli olur ki, tapdıqları dərmanların virusa qarşı təsiri yoxdur.

Türkiyədə isə tapılan dərman “Favipiravir” preparatının yerli sintezi olan “Favicovir” adlanır. Dünya praktikasında hazırda işlənən preparatdır. Güman var ki, virusa qarşı təsiri az da olsa olacaq. Amma hələlik bu, dəqiq deyil.

Ümumiyyətlə, virusun tam mahiyyəti, kökü öyrənilmədiyi üçün konkret qəbul edilən preparat yoxdur. Bu baxımdan hazırlanan dərmanlar da virusa qarşı təsirli olmur”.

0