AzTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin edildi - Rəsmi

ÖLKƏ
16:36 / 17.06.2020
1292

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov vəzifəsindən azad olunub.

HİT.Az xəbər verir ki, Teleqraf. com-a AzTV-dən daxil olan məlumata görə, Mübariz Aslanovun yerinə Nərgiz Rəfiyeva təyin edilib.

Nərgiz Rəfiyeva vaxtilə "Yeni Həyat" şirkətlər qrupunun PR və marketinq şöbəsinin direktoru, Park Cinemanın PR-meneceri vəzifələrində çalışıb.

0