Azərbaycanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

09:41 / 18.06.2020
2795

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev imzalayıb.

Əmrə əsasən, Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Bəybala Allahyarov tutduğu vəzifədən azad olunub.

1