Tarkovski haqqında serial çəkiləcək

MƏDƏNİYYƏT
23:12 / 18.06.2020
1308

Rusiyanın tanınmış rejissoru, Moskva "Гоголь-центр" Teatrının Bədii rəhbəri Kirill Serebrennikov, görkəmli sovet kinorejissoru, RSFSR Xalq artisti Andrey Tarkovski haqqında bioqrafiq serial çəkəcək.

Open.az xəbər verir ki, A.Tarkovskinin həyat və yaradıcılığına həsr olunacaq serialın prodüserləri İlya Stüart, Murad Osmann və Pavel Burya olacaq.

Mini-serial formatında ekranlaşdırlacaq film, rejissorun ilk serial təcrübəsidir.

Qeyd edək ki, "Andrey Rublyov", Güzgü", Stalker", "Solyaris" və. s. kimi filmlərin rejissoru olan Andrey Tarkovskinin adı və yaratdığı ekran əsərləri dünyada məşhurdur.

Andrey Tarkovski 1986-cı ildə Fransada, 54 yaşında ağciyər xərçəngindən vəfat edib.

Ülviyyə Həsənqızı

0