Ali Məhkəmənin əməkdaşları da koronavirusa yoluxdu

14:54 / 18.06.2020
1461

Azərbaycan Ali Məhkəməsinin inzibati binasında “COVİD-19” pandemiyasının geniş yayılması müəyyən edilib.

HİT.Az xəbər verir ki, bu barədə Gununsesi.org-a Ali Məhkəmədən bildirilib.

Məlumata görə, Ali Məhkəmənin Ümumiləşdirilmiş Şöbəsinin əməkdaşlarının biri vasitəsi ilə virus məhkəmə binasında çalışan bir çox şəxslərə keçib.

Vəziyyəti pisləşən bir neçə nəfəri elə məhkəmə binasından Təcili Tibbi Yardımla ixstisaslaşdırılmış xəstəxanaya aparıblar.

Virusa yoluxanlar arasında hakimlərin də olduğu deyilir.
 

0