Rus səfirliyi partladılacaq – Hökumət hərəkətə keçdi

DÜNYA
15:08 / 18.06.2020
1428

Moldova hüquq-mühafizə orqanlarına Rusiya səfirliyinin binasına bomba yerləşdirilməsi barədə məlumat daxil olub, araşdırma aparılır.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Kişinyov polisinin nümayəndəsi Nataliya Stati məlumat verib.

“Hüquq-mühafizə orqanlarına Rusiya səfirliyinin binasının partladılacağı ilə bağlı mesaj daxil olub. Axtarışlar aparılır”, - Stati bildirib.

Onun dediyinə görə, bu xəbəri ötürən şəxsin kimliyi hələ müəyyənləşdirilməyib.

Əlavə edək ki, iyun ayında Moldova polisinə iki dəfə Rusiya səfirliyinə bomba yerləşdirilməsi haqda iki dəfə məlumat daxil olub, heç biri də öz təsdiqini tapmayıb.

0
Publika.az