“18-31 may tarixlərində xaricdə olan vətəndaşlarımız Azərbaycana gətiriləcək”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, bununla bağlı plan hazırlanıb:
“MDB, Avropa İttifaqına üzv olan və olmayan qitə ölkələrində qalan vətəndaşlarımız gətiriləcək”.
İlhamə Əbülfət
Oxu.az