İlham Əliyev Moskvadakı parada getməyəcək

15:20 / 18.06.2020
1035

Azərbaycan Prezidenti İlham Əliyev Qələbənin 75 illiyi münasibətilə Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcək.

HİT.Az Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında deyib.

Dövlətimizin başçısı Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, ölkəmiz bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaq.

Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını bildirib.

0