FİFA-ya \"Neftçi\"dən şikayət var - 41 minə görə

17:10 / 18.06.2020
1107

"Qarabağ”ın formasını geyindiyi üçün "Neftçi” tərəfindən cərimələnən Baqali Dabonun aldığı pul cəzasının detalları məlum olub.

Hit.Az azerisport.com-a istinadən xəbər verir ki, fransalı hücumçu 41 000 dollar (70 000 manata yaxın) məbləğində cərimələnib.

31 yaşlı oyunçu "ağ-qaralar”ın rəhbərliyi ilə razılaşmaq niyyətində deyil və buna görə FİFA-ya şikayət etməkdə qərarlıdı.

Xatırladaq ki, Dabonun "Qarabağ”ın formasındakı videosunu sosial şəbəkədə həyat yoldaşı paylaşmışdı.

0