Azərbaycanda karantin rejimi uzadılıb.
HİT.Az-ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.
O bildirib ki, ölkəmizdəki xüsusi karantin rejiminin avqustun 1-dək uzadılmasına qərar verilib.
"Ölkədəki epidemioloji vəziyyət bir sıra qərarların qəbuluna zərurət yaradıb. Bu il iyunun 21-dən 5 iyul saat 06:00-dək ciddi karantin rejimi tətbiq ediləcək. Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Yevlax, Masallı, Cəlilabad və Abşeronda iki həftəlik sərt karantin rejimi tətbiq ediləcək. Bununla bağlı növbəti brifinqdə ətraflı məlumat veriləcək”.