Şair Səlim Babullaoğlu koronavirus şübhəsi ilə "Yeni klinika"ya yerləşdirilib

ÖLKƏ
23:30 / 18.06.2020
1056

Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirus (Covid-19) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya şair özü məlumat verib.

Hazırda "Yeni klinika" da müalicə olunduğunu bildirən S.Babullaoğlu hazırda səhhətinin nisbətən yaxşı olduğunu qeyd edib: "Testin nəticəsi çıxmayıb, ona görə də koronavirus olub-olmaması barədə konkret bir söz deyə bilmərəm. Mənə dedilər ki, neqativ olsaydı bilinərdi. Amma sətəlcəm var və hazırda bundan müalicə alıram".

1