Nazirdən yeni seçilmiş deputatlara irad: Bunun nəyi pisdir?

ÖLKƏ
16:07 / 19.06.2020
1077

“2019-cu ildə rayonların gəlirləri çox olduğuna görə, öz xərclərini təmin edə bilmişdilər”. 

Bunu Milli Məclisin iclasında “Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, niyyəti, məramı xoş olan adam büdcənin icrasına dair hesabatda istənilən cavabı tapa bilər:

“Təqdim edilən hesabatlarda hər bir məsələ ilə bağlı olduqca geniş izahat verilib. Burada qənaətlərlə bağlı hansı pis niyyət ola bilər? Məsələn, beynəlxalq tədbirlərin hansısa təxirə salınıbsa, onun xərclərinə qənaət edilib. Deputatlar büdcə kəsrinin azalmasını tənqid edirlər. 2 milyard manatdan çox kəsir il ərzində 200 milyona düşüb. Bunun nəyi pisdir? Burada yeni seçilmiş deputatlar deyir ki, hesabatda izahat yoxdur. Başa düşmürəm, nə izahatı?! Kimsə özünü yenidən təsdiq etmək istəyirsə, bunu edə bilər. Mən onları pandemiya dövründə də qəbul etməyə hazıram. Bizə məktub da göndərə bilərlər”.

1
Modern.az