Qasım Süleymaninin ölümü ilə bağlı yeni İDDİA

DÜNYA
21:23 / 19.06.2020
1649

Yanvarın 3-də ABŞ prezidenti Donald Trampın təlimatı ilə İranın Yaxın Şərqdəki fəaliyyətinin lideri, Qüds Qüvvələri Komandiri Qasım Süleymaninin öldürülməsindən sonra Amerika mətbuatında yeni bir iddia ortaya atılıb.

 "DHA" yazır ki, ABŞ mediası Süleymaninin "Ninza Raketi" kimi bilinən "R9X" raketi tərəfindən öldürüldüyü və raketin ilk dəfə göründüyünü iddia edilib.

Amerika mediası ABŞ tərəfindən hazırlanan bu raketin ətrafa çox zərər vermədən yalnız hədəf alan şəxsi və obyekti məhv etdiyini deyib.

İran İnqilab Keşikçiləri Qvardiyasının Komandiri Qasım Süleymanın öldürüldüyü ABŞ hava zərbəsində "R9X" raketindən istifadə etdiyi bildirilib. Həmin raket vasitəsilə ötən çərşənbə günü Suriyada Əl-Qaidə ilə əlaqəli olduğu bildirilən iordaniyalı Kassam ul-Urdini və Yemeni Bilal əl-Sanaaninin öldürüldüyü açıqlanıb.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliy, hücumun Amerika diplomatlarına və hərbi personalına qarşı gələcək hücumların qarşısını almaq və İranın dəstəklədiyi Hizbullah silahlıları və Haşdi Sabi tərəfdarları tərəfindən Bağdaddakı ABŞ səfirliyinə ediləcək hücumun qarşısını almaq məqsədi daşıdığını ifadə etmişdi.

 

 

0
Sonxeber.az