İctimai iaşə obyektləri bağlanır, amma...

SİYASƏT
14:24 / 20.06.2020
1474

İctimai iaşə obyektləri bağlanılsa da, çatdırılma xidmətinə icazə var.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Bu istehsal aparan şirkətlərə də aiddir. Bunun üçün icazə portalında qeydiyyatdan keçərək, loqistika xidməti göstərə bilərlər".

Ülvi Mehdiyev əlavə edib ki, test nəticəsi pozitiv çıxıb, evdə müalicə olunan şəxslər sms icazə ala bilməyəcəklər.

0
Axar.az