Əgər bir insan karantin müddətində 2 işdə işləyirsə, onun hər iki iş üçün icazə alması lazımdır.
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Ola bilər ki, kimsə gecə növbəsində işləyir, amma icazəsi yoxdur. Polis əməkdaşı ona yaxınlaşdığı zaman bunu sübut etmək üçün icazəsinin olması zəruridir".
Axar.az