Sərtləşdirilmiş karantin rejimi uzadıla bilərmi?
Sualı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bu gecədən (21 iyun saat 00:00-dan) xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı KİV nümayəndələri üçün brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva cavablandırıb.
Şöbə müdiri növbəti qərarın yoluxma sayının statistikasından asılı olduğunu bildirib:
"Qəbul olunan bütün qərarlar sanitar epidemioloji vəziyyətin dəyərləndirilməsi əsasında aparılır. Bugünkü gündə yenə də biz vətəndaşlarımızın qaydalara riayət etməməsini görsək və statistik rəqəmlərimiz getdikcə artsa və biz bunun təhlükəsizliyini hiss etsək, ona əsasən qərarlar qəbul ediləcək. Qəbul olunan qərarlar statistik məlumatlara və sanitar epidemioloji vəziyyətə əsaslanacaq".