“Koronavirus testinin cavabını indilərdə aldım. Təəssüf ki, nəticə pozitivdir”.
HİT.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında deputat Sahib Alıyev deyib.
Deputat koronavirusa yoluxduğunu bildirib: “Təəssüf ki, testin nəticəsi pozitiv çıxıb. Dünən özümdə koronavirus pandemiyasının simptomlarını hiss etdiyim üçün test vermişdim. Nəticə pozitiv çıxdı”.