Sərt karantindən əvvəl çimərliklərdə vəziyyət - VİDEOREPORTAJ

ÖLKƏ
20:02 / 20.06.2020
1494

Bir müddətdir çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib. Vətəndaşlara həmin göstərişlərdən irəli gələn tələblərə əməl edilməsi tövsiyə olunub.

HİT.Az xəbər verir ki, “Report”un əməkdaşları sərt karantin rejimində Bilgəh çimərliyinə baş çəkib və karantin rejiminin tələblərinə necə riayət edilməsilə maraqlanıb.

Qaydalara əsasən, üzgüçülük hovuzları və akvaparkların girişlərində termometriya təmin edilməli, simptomu olanlar üzgüçülük hovuzlarına və akvaparklara buraxılmamalı, fiziki məsafənin qorunması məqsədilə təmin edilir (çətirlərin oxlarının arasında minimal məsafə 4 m, həmin insanlararası fiziki məsafə 2 m (ailə üzvləri istisna olmaqla), mümkün olan ərazilərdə, döşəmədə işarələr yerləşdirilməlidir.

Bundan başqa, sanitar məişət otaqları (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanılmalı, dezinfeksiya tezliyi artırılmalı, hovuzlarda suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanılmalı, vətəndaşların təmasda olduğu əşya və səthlər mütəmadi dezinfeksiya edilməli, təmizlik vasitələri və dezinfeksiyaedici maddələr fasiləsiz təmin olunmalı, hovuz və akvaparkların əraziləri əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərlə təmin edilməli, hovuz və akvaparkların əməkdaşları yetərli sayda tibbi maska və əlcəklərlə (su ilə təmasda olmayan zəruri sahələrdə) təmin olunmalıdır.

1