Bəhramın yayılan səs yazısı ilə bağlı AÇIQLAMA

ÖLKƏ
23:39 / 20.06.2020
4786

Gömrük Hospitalı Bəhram Bağırzadənin sosial şəbəkələrdə yayılan səs yazısına münasibət bildirib.

Gömrük Hospitalının mətbuat katibi Dilara Zamanova deyib: "Bu günlərdə sosial şəbəkələrdə yayılan səs yazısı insanlar arasında çaşqınlıq yaradıb. Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin 10 gün əvvəl dostlarına ünvanladığı bu səs yazısında o, vəziyyətinin yaxşı olduğu bildirir. Xatırladaq ki, bu mesaj yazılarkən, hələ Bəhram Bağırzadə koronovirus testindən təzə keçmişdi və testin nəticəsi müsbət çıxmışdı. Çaşqınlıq yaradan və insanları koronavirusun bir oyun, şou olduğuna inandırmağa çalışan bir qrup insanın bu cür hərəkətləri kəskin ictimai qınaqla qarşılanmalıdır. Belə ki, Azərbaycan hökumətinin karantin rejimi ilə bağlı qəbul etdiyi qərarların həyata keçirilməsinə əngəl yaradır”.

7