Daha bir deputat virusa yoluxub – Bütün Milli Məclis testdən keçəcək

ÖLKƏ
10:45 / 21.06.2020
1123

Azərbaycan Milli Məclisinin daha bir deputatının koronavirusa yoluxduğu məlum olub.

HİT.Az xəbər verir ki, bu haqda xəbəri “AzPolitika.info” yayıb. Sayta xəbər verən mənbə deputatın adını açıqlamayıb. Ancaq Sahib Alıyevin ardınca ikinci bir deputatın koronavirusa yoluxması faktının aşkarlanmasının ciddi narahatçılığa səbəb olduğu bildirilir.

Buna görə də, bu gün bütün deputatların koronavirus testindən keçirilməsinə qərar verilib.

0