Aydın Mirzəzadə koronavirusa yoluxan deputat həmkarından yazdı

SİYASƏT
13:31 / 21.06.2020
1631

Millət vəkili Aydın Mirzəzadə koronavirusa yoluxan deputat həmkarı Sahib Alıyev barədə paylaşım edib.

A. Mirzəzadə özünün feyzbuk sosial şəbəkəsindəki hesabından paylaşım edərək koronavirusa yoluxan deputat həmkarının yanında olduğunu qeyd edib: "Sahib, tez sağal, ürəklərimiz səninlədir! Sən güclüsən, sən bacaracaqsan, sən mütləq bizi sevindirəcəksən!"

Qeyd edək ki, ötən gün Milli Məclisin deputatı Sahib Alıyev koronavirus testi verdiyini və nəticənin pozitiv çıxdığını açıqlamışdı.

1